İngiltərə Premyer Liqasının son turunda "Tottenhem"i 2:0 hesabı ilə məğlub etdikdən sonra "Mançester Siti"nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola çempionluq yarışından danışıb.

İqtisadiyyat.az xəbər verir ki, təcrübəli baş məşqçi klubun saytına açıqlama verib.

“Futbolçularımızın xoşbəxt olması gözəldir, amma bilirlər ki, bu, son deyil. Bu qələbədən sonra soyunub-geyinmə otağında hədsiz sevinc yaşanmadı. Onlar çox yaxşı bilirlər ki, çətin olacaq. Çox gözəldir ki, hər şey öz əlimizdədir, son oyunda qalib gəlməliyik.

Bu mövsüm De Brün və Erlinq Holannın yoxluğundan sonra çempionluq yarışında qalmağı bacardıq. Son oyunda qalib gəlib titulu qoruyacağıq”.

Son turda “Mançester Siti” mayın 19-da Londonun “Vest Hem”ini, “Arsenal” isə doğma meydanda “Everton”la qarşılaşacaq.

“Mançester Siti” 88 xalla liderdir və ikinci pillədəki “Arsenal”dan 2 xal çoxdur