Qusarın Yeni Həyat kəndində intihar hadisəsi baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, rayon sakini, 1986-cı il təvəllüdlü Qasımov Tehran Ziyadxan oğlu özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.