Qubada yol qəzası baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində iki maşın toqquşub.

"Mercedes" markalı nəqliyyat vasitəsi digər minik avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Müalicə və Diaqnostika mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.