Martın 28-dən etibarən Gürcüstanda küçələrdə maska rejimi ləğv edilir.

Bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurası qərar verib.

Bundan başqa, qida obyektlərinə, idman, mədəni və digər ictimai tədbirlərə ziyarətçilərin say məhdudiyyəti götürülüb, PZR testindən keçmədən ölkəyə daxil olan Gürcüstan vətəndaşları üçün məcburi beş günlük özünütəcrid qaydası qüvvədən düşüb və uzaq məsafədən çalışan şirkət əməkdaşları üçün distant iş rejimi ləğv edilib.

Bildirilir ki, bu qərar ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə bağlıdır.

Bununla belə, qapalı yerlərdə, o cümlədən ictimai nəqliyyatda maska taxmaq hələ də məcburidir.