“Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriət və qayda-qanunlara uyğun şəkildə keçirilir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O, qanvermə aksiyasına ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşların qoşulduğunu xatırladıb.

A.Paşazadə xatırladıb ki, əvvəllər zəncirlə vuraraq qan çıxarmaq halları mövcud olub.

Aşura günü ölkədə keçirilən qanvermə aksiyalarından danışan QMİ sədri bildirib:

"İmam Hüseyn də bugünkü qanvermə aksiyalarından razı qalardı. Bu gün qonşu ölkələrdə də qanvermə aksiyaları keçirilib. Kərbəla şəhidləri bizim yaddaşımızdadır və biz bunu heç vaxt unutmayacağıq. Azərbaycan bu gün bütün dünyaya nümunədir”.