Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,18% artaraq, 1 828,7 ABŞ dollarına bərabər olub.

Bu barədə İqtisadiyyat.az birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,36% artaraq, 24,28 dollar təşkil edib.