Dünyada bu ilin may ayında qızıl-valyuta ehtiyatlarına görə ölkələrin reytinqində birinci yeri Çin tutub. Bu dövrdə Çinin aktivləri 3,371 trilyon dollar təşkil edib.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, bu siyahıda ikinci yerdə Yaponiya (1,254 trilyon dollar), üçüncü yerdə İsveçrə (886 milyard dollar) qərarlaşıb.

Hindistan 590,7 milyard dollarlıq aktivlərlə qızıl-valyuta ehtiyatlarına görə lider ölkələr siyahısında 4-cü olub.

Məlumata görə, Rusiya beynəlxalq aktivlərə görə dünya reytinqində dördüncü yeri itirib. Belə ki, bu dövrdə Rusiyanın qızıl-valyuta ehtiyatları 11,6 milyard dollar azalaraq 584,2 milyard dollar təşkil edib. Beləliklə, ölkə reytinqdə 5-ci olub.

 

Gözəl Həşimova