Son 24 saat ərzində humanitar yardım daşıyan ən azı 222 yük maşını yoxlanılaraq Qəzza zolağına buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.

Məlumata görə, yük maşınlarının 66%-i ərzaq, qalanları isə dərman, su və avadanlıq daşıyıb.

 

Gözəl Həşimova