Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyada Qəzzada dərhal atəşkəs tələbi ilə səsə qoyulan qətnamə layihəsi 193 ölkədən 153-nün dəstəyini qazanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, qətnamə layihəsi başda İsrail, ABŞ, Avstriya və Çexiya olmaqla, yalnız 10 ölkə tərəfindən rədd edilib.

Eyni zamanda, ABŞ veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının fəaliyyətini pozub.

Məlumata görə, Misirin BMT-nin Təhlükəsizlik Şurasında irəli sürdüyü və Türkiyənin də daxil olduğu təxminən 100 ölkənin birgə təqdim etdiyi qətnamə layihəsi Fələstin Xüsusi Fövqəladə Hallar sessiyasında səsə qoyulub. Qətnamə layihəsi 153 ölkənin dəstəyi ilə qəbul edilib.

Xatırladaq ki, oktyabrın 27-də BMT Baş Assambleyasında Qəzzada humanitar atəşkəsi tələb edən qətnamə 120 səslə qəbul edilib, 14 ölkə buna qarşı çıxıb, 45 ölkə isə bitərəf qalıb.

 

Gözəl Həşimova