Qəzzada 13 gün davam edən qarşıdurmada ölənlərin sayı 2014-cü ildə baş verən 50 günlük qarşıdurmada ölən fələstinlilərin ümumi sayından 84% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) "Qəzza zolağında və İsraildə münaqişələr" adlı gündəlik hesabat dərc edib.

Məlumata görə, 7 oktyabrdan bəri Qəzzada 4 min 137 nəfər ölüb.

 

Gözəl Həşimova