Qəzza zolağında humanitar fəlakət və səhiyyə sisteminin çöküşü başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT-nin fələstinli qaçqınlara yardım agentliyinin media müşaviri Adnan Əbu Həsna deyib.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri bir milyondan çox fələstinlini Qəzza zolağından çıxmağa və ya cənuba köçməyə çağırıb.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, İsrail hakimiyyəti ölkə sakinlərinə, habelə BMT-nin Qəzza zolağındakı əməkdaşlarına 24 saat ərzində cənub hissəyə köçməyi əmr edib.

 

Gözəl Həşimova