Qəzza zolağına daxil olan gündəlik yanacağın miqdarı 129 min litrdən 189 min litrə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Misir Kəşfiyyat Xidmətinin rəhbəri Ziya Rəşvan məsələ ilə bağlı yazılı açıqlama verib.

Onun sözlərinə görə, Misir çətin humanitar şəraitdə qəzzalıların yanında olmaq üçün bölgəyə davamlı humanitar yardım çatdırmaq səylərini davam etdirir.

Bildirilib ki, İsrail tərəfi ilə əldə olunan razılaşmaya əsasən Qəzzaya daxil olan yanacağın miqdarı artırılıb.

 

Gözəl Həşimova