Qazaxıstanın cənubundakı Cambul vilayətində qar fırtınası ilə əlaqədar regional fövqəladə vəziyyət elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Əyalət Qubernatorluğu məlumat yayıb.

Məlumata görə, soyuq hava, qar fırtınası və görmə məsafəsinin azalması kimi əlverişsiz hava şəraiti ilə əlaqədar bölgədə regional fövqəladə vəziyyət elan edilib.

Bildirilib ki, güclü külək və qar yağışı səbəbindən əyalətin 4 rayonunda elektrik enerjisi kəsilib.

 

Gözəl Həşimova