Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana işgüzar səfərə gələcək.

Bu barədə İqtisadiyyat.az "Zakon.kz"a istinadən xəbər verir.

Tokayev Bakıda keçiriləcək BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) sammitində iştirak edəcək.