Bu ilin birinci yarısında Qazaxıstan kənd təsərrüfatı məhsullarının ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hesabat dövründə ölkənin kənd təsərrüfatı məhsullarının ixracının dəyəri 2,6 milyard dollardan 2,7 milyard dollara yüksəlib. Respublikanın xarici bazarlara çıxarılan ilk beş kənd təsərrüfatı məhsuluna buğda, un, günəbaxan yağı, kətan toxumu və arpa daxildir.

Nazirlik qeyd edib ki, heyvandarlıq məhsullarının ixracı 80 milyon dollar təşkil edib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 18% çoxdur.

 

Gözəl Həşimova