Qazaxıstan bu ilin sonuna qədər Almaniyaya ən azı 890 min ton neft ixrac edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Neft və Qaz Şirkəti (KazMunayQaz) məlumat yayıb.

Məlumata görə, Qazaxıstan bu ilin yanvar-iyul ayları ərzində "Drujba" neft kəməri ilə Almaniyaya 390 min ton neft ixrac edib.

 

Gözəl Həşimova