Qaxda minik avtomobilinin traktorla toqquşması nəticəsində bir nəfər ölüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün baş verib.

Belə ki, Poladov Səbuhi Yavər oğlu idarə etdiyi “Lada 21214” markalı avtomobillə “Traktor T34” markalı avtomaşının qoşqusu ilə toqquşub, daha sonra aşıb.

Nəticədə “Lada 21214” markalı avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb və istintaqı aparılır.