Yayda dietada olmaq və yüngül yemək istəyənlərin əsas seçimlərindən biri qarpız-pendir cütlüyüdür. Əksəriyyətin əvəzolunmaz yeməyinə çevrilən bu sadə yemək göründüyü qədər də sevimli deyilmiş. İqtisadiyyat.Az xəbər verir ki, türk dietoloq Aysun Yurdakul Türkiyənin “Sabah” xəbər portalına verdiyi açıqlamada, qarpız-pendiri çox miqdarda yeməyin kökəlməyə səbəb olduğunu bildirib:

“Qarpız-pendir cütlüyünün çəki itirmək yerinə çəki verdiyini unutmayaq. Yediyiniz pendir əgər çox duzlu və yağlıdırsa, qarpız da çox şirin olarsa, yüngül yemək dieta faciəsinə çevrilə bilər. Qarpız-pendiri dieta kimi istifadə etməkdənsə, miqdarını azaltmaqla digər qidaları əsas yüngül yemək kimi istifadə etmək lazımdır. Özəlliklə diabet xəstələri çox meyvə yeməyin şəkərlərini necə qaldıracağını bilməlidir. Böyük bir qarpız dilimi günlük C vitaminin 80%-i qarşılayır. Ehtiva etdiyi likopen və beta karoten sayəsində sağlam dəri yeniləyə bilir”.