“Ermənistan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, həmişə bildirilməyib”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Təəssüflə deyim ki, dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan bir ölkə yoxdur. Başqa bir sual budur ki, biz bunu dərk edirdik, ya yox. Bizim mövqeyimiz belə idi - bütün dünyanın başqa cür danışmasının fərqi yoxdur, biz başqa cür etməliyik. Ola bilsin ki, hansısa mərhələdə mən də belə davranmışam, amma sonda reallıq bizi konkret vəziyyətə salır”, - deyə hökumət başçısı əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl N. Paşinyan “Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir”, - deyə açıqlama vermişdi.