İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (13.11.2023 - 19.11.2023) açıqlanıb.

ANAMA-dan İqtisadiyyat.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 57 piyada əleyhinə mina, 14 tank əleyhinə mina, 1582 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 737.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.