Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınmasına dair “Saray-H” Mənzil Tikinti Kooperativi və fiziki şəxslər Misirxan Feyruz oğlu Əliyev və Asif Akif oğlu Əsədzadə ilə toplam dəyəri 7 185 066 manat olan 3 müqavilə imzalayıb.

İqtisadiyyat.Az rəsmi məlumata istinadən xəbər verir ki, bu satınalma müqabilində qaliblərə müvafiq olaraq 5 949 645 manat, 605 550manat və 629 871 manat ödəniləcək.

Xatırladaq ki, nazirlik 2017-ci ildə Sumqayıt şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınmasına görə “Saray-H” MTK-ya 641 550 manat ödəyib.