Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün səfəri fevralın 12-də baş tutacaq.

Bu barədə İqtisadiyyat.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, bu, Putinin 2020-ci ildən sonra NATO ölkəsinə ilk səfəri olacaq.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin Türkiyəyə səfəri Rusiyada keçiriləcək prezident seçkilərindən öncə baş tutacaq.

 

Gözəl Həşimova