"Vladimir Putin Fransanın Fəxri Legion ordenindən məhrum edilsə, bu problem olmayacaq".

İqtisadiyyat.az rus mediasına istinadən xəbər verir ki, bu sözləri Kremlin sözcüsü Dmitri Peskov deyib. O qeyd edib ki, Putinin prioritet kimi daha başqa məsələləri mövcuddur.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Putinin 2006-cı ildə aldığı "Fəxri Legion" ordenindən məhrum edilə biləcəyini demişdi.