Rusiya prezidenti Vladimir Putin bu ilin sonuna qədər Qırğızıstana 1,2 milyon ton yanacaq tədarük ediləcəyini açıqlayıb.

Bu barəsə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

"Rusiya-Qırğızıstan əməkdaşlığının ən mühüm sektorlarından biri enerjidir. Rusiya Qırğızıstana neft məhsullarının əsas tədarükçüsüdür. Biz Qırğızıstan vətəndaşlarının benzin və dizelə olan tələbatını tam ödəyirik. 2022-ci ildə Rusiya Qırğızıstana 1,2 milyon tona yaxın yanacaq ixrac edib. Ölkə bu il də Qırğızıstana eyni həcmdə göndərməyi planlaşdırır", - Rusiya dövlət başçısı jurnalistlərə deyib.

 

Gözəl Həşimova