“BRİCS üzvlərinin dostluğu başqalarına qarşı deyil, onlar bir-birinin maraqlarına uyğun işləyirlər”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİCS ölkələrinin ticarət yolu ilə öz milli valyutaları vasitəsilə münasibətlərini inkişaf etdirmələrindən danışarkən deyib. 

“BRİCS qarşısında bütün öhdəliklərimizi vaxtında yerinə yetiririk. Bilirik ki, Yeni İnkişaf Bankının likvidlik problemləri var və bununla bağlı sizdən bəzi fikirləri dəstəkləyəcəyik”, - Putin deyib.

ABŞ dollarının siyasi mübarizə vasitəsi kimi istifadə edildiyinə diqqət çəkən Putin qeyd edib: “Bizim BRİCS üzvlərinin dostluğu başqalarına qarşı həyata keçirilmir, onlar bir-birlərinin maraqları istiqamətində işləyirlər. Bu, maliyyəyə də aiddir”.

BRİCS üzvlərinin də milli valyutalar vasitəsilə ticarətlə bağlı addımlar atdığını vurğulayan Putin, “BRİCS-dəki ölkələr milli valyutalar vasitəsilə əlaqələri inkişaf etdirir və bu cür ödənişləri artırır. Hesab edirəm ki, bank (Yeni İnkişaf Bankı) da bizim birgə fəaliyyətimizin inkişafında mühüm rol oynaya bilər”, - deyə sözlərini tamamlayıb.