"Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

Rusiya prezidenti bu danışıqların Moskvada aparılmasını təklif edib: "Gündəmdə bu uzun müddətdir davam edən münaqişəyə nəhayət son qoymaq üçün sülh müqaviləsinin hazırlanması var. Rusiya tərəfi, əlbəttə ki, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır".

 

Gözəl Həşimova