"Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşünün tarixi və məkanı hələ müəyyən edilməyib".

İqtisadiyyat.az xəbər evrir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, liderlər arasında görüşün vaxtı və məkanı razılaşdırılacaq.

Bundan əlavə, Peskov, prezidentlərin taxıl dəhlizinin bərpasını müzakirə edəcəyinə ümid etdiyini açıqlayıb.

 

Gözəl Həşimova