Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə cəlb olunan bir sıra vətəndaşlar üçün yaş həddinin 5 il artırılması haqqında qanun imzalayıb. 

İqtisadiyyat.az "lenta.ru"ya istinadən bildirir ki, sənəd artıq rəsmi hüquqi informasiya portalında dərc olunub.

Prezidentin imzaladığı sənədlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” federal qanuna dəyişiklik edilir.

Qanun əsgər, matros, serjant, komandir, gizir və miçman rütbələrində olan ruslara şamil edilir. O, mərhələlərlə, 2028-ci il yanvarın 1-dək qüvvəyə minməyə başlayacaq. 2024-cü ildə 50 yaşı tamam olanlar 51, 2025-ci ildə 50 yaşına çatanlar 52 və s. 2028-ci ilə qədər pensiyaya çıxacaqlar.

Bundan əvvəl Dövlət Dumasının deputatlarının hərbi xidmət üçün minimum yaş həddini 18-dən 21-ə qaldırmamaq qərarına gəldiyi, lakin yuxarı zolağı dəyişdirərək, yaş həddini 27-dən 30-a qaldırdıqları bildirilirdi.