"Rusiya qlobal enerji bazarının tarazlaşdırılmasına mühüm töhfə verməyə davam edəcək və bunda maraqlı olan ölkələrlə əməkdaşlıq edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Enerji Həftəsinin plenar iclasında ölkə prezidenti Vladimir Putin deyib.

“Əlbəttə, Rusiya əvvəlki kimi qlobal enerji bazarının tarazlaşdırılmasına, bunu istəyən və bunda maraqlı olan ölkələrlə tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcək. Bütün çətinliklərə baxmayaraq, Rusiyanın yanacaq-energetika kompleksi və şirkətləri uğurla inkişaf edir. Biz milli enerji təhlükəsizliyini inamla təmin edirik”, - deyə o, bildirib.

 

Gözəl Həşimova