Rusiya prezidenti Vladimir Putin "dost olmayan ölkələr" adlandırılan qərb ölkələri ilə imzaladığı vergi müqavilələrindəki bəzi müddəaları ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qərar imzalayıb.

Məlumata görə, qeyri-dost ölkələrlə əldə olunan gəlirlərə və aktivlərə ikiqat vergitutmanı əhatə edən sazişlərin müddəaları ləğv edilib. Bilirilib ki, Qərb ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı hərtərəfli sanksiyalar tətbiq etdiyi halda, Rusiya da bu ölkələrə qarşı sanksiyalar tətbiq edir.

 

Gözəl Həşimova