Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan Prezidenti Sadır Japarovu “Şərəf” ordeni ilə təltif edib. 

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, S.Japarov “Rusiya Federasiyası ilə Qırğızıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına verdiyi mühüm töhfəyə görə” təltif edilib.

Fərman Rusiya Prezidentinin Qırğızıstana rəsmi səfərinin birinci günü imzalanıb.

 

Gözəl Həşimova