“Problemli kreditlərdən xilasın ən yaxşı yolu iqtisadi inkişafa nail olmaqdır”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən elmi-praktik konfransda problemli kreditlərlə bağlı məhkəmə mübahisələrinə toxunan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib. 

Onun sözlərinə görə, problemli kreditlərlə bağlı problemin vətəndaşların sağlamlığına ziyan vurması üzücüdür:

“Təəssüf ki, konfliktlər bəzən insan taleləri hesabına başa gəlir. Məsələn, 2018-ci ilin martında Şəki sakini 64 yaşlı Səadət Həsənovanın bir bank olmayan kredit təşkilatının ofisində özünü yandırması, yaxud Gəncə sakini, Kamal Yaqubovun özünəqasd etməsi, Neftçala şəhər 4 saylı orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlunun özünü yandıraraq həyatını itirməsi təkcə üzücü hadisələr deyil, eləcə də hökumət, parlamanet və bank sisteminin, digər müvafiq təşkilatların birgə çalışmalarını tələb edir. Mərkəzi Bankın yeni rəhbərliyi media, 3-cü sektor və parlamentlə sıx, səmərli kommunikasiyada professional keyfiyyətlər nümayiş etdiririr. Ona görə də bu sahədə yeni yanaşamalara inam çoxdur”.

Qeyd edək ki, konfrans Sosial Tədqiqatlar Mərkəzi, Mərkəzi Bank, Mediasiya Şurası və Azərbaycan banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Gülşən Şərif