Ekvadorun hazırkı prezidenti Gilermo Lasso respublika miqyasında fövqəladə vəziyyət elan edib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, qərar prezidentliyə namizəd Fernando Vilyavisensio öldürülməsi fonunda verilib.

"Hazırda silahlı qüvvələr vətəndaşların təhlükəsizliyini, ölkədə əmin-amanlığı və avqustun 20-də demokratik seçkiləri təmin etmək üçün bütün ölkə üzrə səfərbər olunub", - deyə cənab Lasso vətəndaşlara müraciətində bildirib.

Ölkənin Milli Seçki Şurasının rəhbəri Diana Atamaint bildirib ki, prezident seçkilərinin tarixi dəyişməz olaraq qalır.

Qeyd edək ki, Vilyavisensio Ekvadorun paytaxtı Kitoda məktəbdə seçicilərlə görüşü başa vurduqdan sonra başından güllə yarası alıb. Daha 9 nəfər yaralanıb. Hücum edənlərdən biri həbs zamanı aldığı yaralardan dünyasını dəyişib.