Fotolar əlavə olunub

09:51

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

İqtisadiyyat.az-ın xəbərinə görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

55(4).jpg44(6).jpg33(4).jpg22(6).jpg11(4).jpg88(9).jpg77(7).jpg66(4).jpg