Portuqaliyada son sutkada daha 514 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Portuqaliya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada pandemiyadan 32 nəfər ölüb. Bununla da ölənlərin ümumi sayı 567-yə, yoluxanların sayı isə 17 448-ə çatıb.

Qeyd edək ki, Portuqaliya İspaniya ilə quru sərhədini mayın 15-dək bağlı saxlayacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 938 000-i ötüb. Bunların 459 427 nəfəri sağalıb, 120 871 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.