"Polşa ABŞ-ın anti-Rusiya siyasətinin əsas alətinə çevrilib".

İqtisadiyyat.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Varşava bir sıra ölkələrdən irimiqyaslı silah alışına başlayıb:

“Varşava, qitənin ən güclü ordusunu qurmaq niyyətini açıqlayıb. Bununla əlaqədar olaraq, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Koreya Respublikasından tanklar, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri də daxil olmaqla irimiqyaslı silahların alınmasına başlanılıb. Bütün bunlar isə Rusiya üçün risklər yaradır”.

 

Gözəl Həşimova