Səhər saatlarında etiraz aksiyası keçirən polşalı fermerlər Ukrayna ilə sərhəddə yerləşən "Medıka-Şeqini" keçid məntəqəsindən Ukrayna avtomobillərinin keçidini bağlayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.

Onun sözlərinə görə, hərəkəti 100-ə yaxın insan və 50-yə yaxın avtomobil dayandırıb.

Buna görə yük maşınları, avtomobillər və avtobuslar Polşa Respublikasını tərk edəcək və hazırda ölkəyə girişə icazə verilmir.

 

Gözəl Həşimova