Polşa prezidenti Anjey Duda Ukraynanın səsinin eşidilməli olduğunu bəyan edərək, "Kiyevin silaha ehtiyacı var. Mən bunu hər zaman deyirəm. Silahlar kritik və çox vacibdir" deyib.


İqtisadiyyat.az xəbər verir ki, Duda Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün gəldiyi İsveçrənin Davos şəhərində "Təhlükəsizlik və Sülhün bərpası" adlı sessiyada çıxış edib.

Rusiyanın güclü olduğunu vurğulayan Duda, "Bir çox rus əsgəri cəbhədə və qorxuram ki, hazırda yeni bir hücuma hazırlaşırlar. Bu çox əhəmiyyətlidir".

Ukraynanın səsinin eşidilməsi lazım olduğunu qeyd edən Duda, "Kiyevin silaha ehtiyacı var. Mən bunu deyirəm. Silahlar kritik və çox vacibdir. Ukraynaya xüsusilə müasir tanklar və raketlər göndərməliyik, lakin ilk növbədə Rusiyanın hücumlarını dayandırmalıyıq" deyib.

Ukraynaya göndərilən yardımın kifayət etmədiyini vurğulayan Duda daha çox yardımın edilməsinin lazım olduğunu vurğulayıb.