Polşanın Baş naziri Mateusz Morawiecki Polşa hakimiyyətinin avroya keçmək üçün Xorvatiyanın ardınca getmək niyyətində olmadığını açıqlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Hökumət başçısı Xorvatiyanın bu yaxınlarda avro zonasına daxil olduğunu xatırladıb. "Onlar qiymət şoku yaşayırlar, qiymət xaosu ilə üzləşirlər" deyən Morawiecki, cəmi bir həftə ərzində yerli mağazalarda qiymətlərin 70-80 faiz artdığını bildirib. 

"Xorvatların işarə etdiyi inflyasiya xaosu bizim üçün ciddi xəbərdarlıqdır" deyən baş nazir risklərin potensial başlanğıcını və bir valyutanın digərinə dəyişdirilməsi öz-özünə işləməyəcəyini qeyd edib.