Kreml erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını açıqlayıb:

“Onun saxlanmasından xəbərim yoxdur. Kim saxlanılıb, ümumiyyətlə saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı bilmirəm”.

 

Gözəl Həşimova