“Rusiya fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə münasibətləri qarşılıqlı faydalı şərtlər əsasında inkişaf etdirmək niyyətindədir”.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bütün məlum fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə dialoqumuzu və əlaqələrimizi həm bizim, həm də onlar üçün faydalı olan istiqamətlərdə inkişaf etdirmək niyyətindəyik”, - Peskov bildirib.