"Hazırda taxıl müqaviləsinin bərpası üçün heç bir ilkin şərt yoxdur".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya ilə bağlı razılaşmalar yerinə yetirilməyib:

“Hazırda taxıl sazişinin bərpa olunması üçün heç bir ilkin şərt yoxdur, ona görə də biz bunun üçün heç bir əsas və ya ilkin şərt görmürük”.

Qeyd edək ki, Qara dəniz limanlarından Ukrayna taxılının ixracını və Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarlarına ixracını nəzərdə tutan sazişə ötən ilin iyulun 17-də xitam verilib.

 

Gözəl Həşimova