Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentin Federal Məclisə müraciətinin dekabrın 27-də olacağı xəbərini təkzib edib.

"Xeyr, bu yanlış mesajdır"- deyə Kreml sözçüsü bildirib.

Xatırladaq ki, RİA Novosti mənbəyə istinadən xəbər vermişdi ki, dövlət başçısının Federal Məclisə müraciəti dekabrın 27-də baş tuta bilər .

Kreml  prezidentin Federal Məclisə müraciətinin bu ilin sonuna qədər keçirilməsinin planlaşdırıldığını açıqlamışdı.