"Kreml ABŞ prezidenti Co Baydenin dünyanın yeni nizama ehtiyacı olduğu barədə sözlərini dəstəkləyir. Lakin Moskva belə bir nizamın Vaşinqton tərəfindən yaradılacağı ilə razılaşmır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Həqiqətən də, dünyanın tamamilə fərqli prinsiplərə əsaslanan yeni dünya nizamına ehtiyacı var. Ancaq dünya bundan sonra ABŞ-nin ətrafında dönməyəcək", - deyə o, bildirib.

 

Gözəl Həşimova