Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gündən başlayaraq oktyabrın 13-nə qədər Moskva şəhərində keçiriləcək VI “Rusiya Enerji Həftəsi” - Beynəlxalq Forumunda iştirak edəcək.

Bu barədə İqtisadiyyat.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazir bu məqsədlə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib.

Forum çərçivəsində P.Şahbazovun “Turbulentlik dövründə qlobal neft və qaz bazarının idarə edilməsi” sessiyasında müzakirələrə qatılması və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.