Energetika naziri Pərviz Şahbazov Astanada Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə P.Şahbazov "X"də bildirib.

"Həmkarım Almasadam Satkaliyev ilə səmərəli görüşümüz oldu. BTC ilə Qazaxıstan neftinin nəqlinin tədricən artırılması, Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə ixracı üçün müvafiq tədbirlərin görülməsi, nazirliklər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş layihəsinin hazırlanması məsələlərini müzakirə etdik", - nazir qeyd edib.