ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hazırda Sakit okean regionunda böyük infrastruktur layihələri həyata keçirir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun Hind və Sakit Okeanlar üzrə təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Ratner bildirib.

"İnfrastruktur tərəfindən deyə bilərəm ki, bizim Sakit okean adalarında bir sıra əsas təşəbbüslərimiz var", - Pentaqonun sözçüsü Senatdakı dinləmələrdə qeyd edib.

Ratnerin sözlərinə görə, bura Quam, Marşal adaları və Palau kimi ABŞ ilə əlaqəli Sakit okean əraziləri daxildir. Bundan əlavə, o xatırladıb ki, Birləşmiş Ştatlar Papua Yeni Qvineya ilə əməkdaşlıq sazişi imzalayıb və burada müəyyən infrastruktur layihələrinin həyata keçirilməsi imkanları da nəzərdən keçirilir.

Ratner Pentaqonun Sakit okeanda Amerika infrastrukturunun olmasını "böyük prioritet" hesab etdiyini vurğulayıb.