Bizə prezident seçkilərində müşahidəçi qismində iştirak etmək şansı yaratdıqları üçün Azərbaycana təşəkkür edirəm. 

İqtisadiyyat.az secki 2024.az-a istinadən xəbər verir ki, bunu beynəlxalq müşahidəçi, Anqola parlamentinin üzvü Pedro de Morais Neto deyib.

O, apardığı müşahidələr nəticəsində buradakı seçkilərin şəffaf və azad şəkildə keçirildiyinə əmin olduğunu qeyd edib.