Bakıya xeyli sayda təcili tibbi yardım maşınları gətirilib. 

Xeyli sayda ambulans maşınları Bakı istiqamətinə yük maşınları vasitəsilə daxil olub. 

Mövzu ilə bağlı TƏBİBƏ müraciət etdik və təcili tibbi yardım maşınlarının hansı məqsədlə Bakıya gətirilməsini dəqiqləşdirdik. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə bildirib ki, bu, koronavirus xəstəxanaları üçün deyil: "Bu, icbari tibbi sığortanın tətbiqi ilə bağlı təchizatla əlaqədardır. Əvvəldən də açıqlanmışdı ki, təchizatda yeniliklər olacaq və bu, planlı işdir. Ambulansların gətirilməsinə başlanılıb və davam da edəcək".