Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı məsələlər hələ də müzakirə mərhələsindədir.

İqtisadiyyat.az-a apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.

Bildirilib ki, iki ölkənin komissiyalarının iclaslarının yekunları üzrə rəsmi press-relizlər dərc olunur, onlardan kənar isə tərəflər ikitərəfli qaydada təsdiq edilmiş iş proseduruna uyğun olaraq şərh vermirlər.

“Komissiyaların növbəti iclasının vaxtı hələ müəyyən edilməyib”, - Mher Qriqoryanın ofisindən bildirilib.